The Independent: “Ukrayna üzrə danışıqlar arxa plana keçib”

   The Independent:    “Ukrayna üzrə danışıqlar arxa plana keçib”
  06 Yanvar 2026    Oxunub:1418
ABŞ diqqətini Venesuelaya yönəltdiyi üçün Parisdə Ukrayna üzrə danışıqlarda irəliləyiş qeyri-müəyyən olaraq qalır.
AzVision.az xəbər verir ki, “The Independent” nəşri ABŞ-nin Venesuelada həyata keçirdiyi əməliyyatdan əvvəl Fransa prezidenti Emmanuel Makronun “Könüllülər koalisiyası”nın görüşü ilə bağlı nikbin olduğunu xatırladıb.

Keçən bir neçə ay ərzində onlar Moskva Ukraynaya qarşı hərbi əməliyyatları dayandırmağa razılıq verəcəyi halda, Rusiya ilə gələcəkdə mümkün toqquşmanın qarşısının alınması üsullarını araşdırıblar.

Parisdə keçiriləcək bu görüş 27-si dövlət və hökumət başçıları olmaqla 35 iştirakçını bir araya gətirəcək. ABŞ-ni prezident Donald Trampın elçiləri Stiv Uitkoff və Cared Kuşnerin təmsil edəcəyi gözlənilir.

“İştirakçılar hərbi əməliyyatların başa çatmasından sonra beş əsas prioritet üzrə konkret nəticələr əldə etməyi hədəfləyirlər: atəşkəs rejiminə əməl olunmasına nəzarət üsulları; Ukrayna Silahlı qüvvələrinə dəstək; çoxmillətli qüvvələrin quruda, dənizdə və havada yerləşdirilməsi; yeni rus işğalı halında öhdəliklər; Ukrayna ilə uzunmüddətli müdafiə əməkdaşlığı”, - məlumatda deyilir.

Qəzet yazır ki, bununla belə, Tramp hazırda Venesuelada rəhbərliyi dəyişmək qərarının nəticələri ilə məşğul olduğundan, bu planların dərhal həyata keçirilməsinin mümkünlüyü qeyri-müəyyən olaraq qalır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Venesuela   Ukrayna  



Xəbər lenti