Lyayen Suriyaya gedəcək

   Lyayen Suriyaya gedəcək
  06 Yanvar 2026    Oxunub:842
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Yaxın Şərq turnesi çərçivəsində bu həftə Suriyaya gedəcək. Bu, hakimiyyət dəyişikliyindən sonra onun Suriyaya ilk səfəridir.
Bu barədə Suriyanın SANA agentliyi xəbər yayıb. Qeyd olunub ki, Lyayenin Suriyadan sonra İordaniya və Livana da səfər edəcəyi gözlənilir. Qeyd edək ki, Avropa İttifaqı ötən ilin martında Brüssel konfransında Suriyanın humanitar və sosial ehtiyacları üçün 3,4 milyard avro ayırmaq öhdəliyi götürüb.

AzVision.az


Teqlər:



Xəbər lenti