Medvedev Mertsi oğurlamağı təklif edib

Medvedev Mertsi oğurlamağı təklif edib
  05 Yanvar 2026    Oxunub:814
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Almaniya kansleri Fridrix Mertsin hipotetik oğurlanmasını “hadisələrin əla dönüşü” adlandırıb.
AzVision.az xəbər verir ki, Medvedevin iddiasına görə, belə ssenarinin “tamamilə qeyri-real olduğunu” düşünmür.

Dünən Medvedev Nikolas Maduronun Amerika xüsusi təyinatlıları tərəfindən tutulmasını şərh edərkən, ABŞ prezidenti Donald Trampın Venesuela ilə bağlı hərəkətlərinin “qanunsuz olduğunu, lakin müəyyən məntiqlə seçildiyini” deyib. Çünki ABŞ prezidenti bütün sahələrdə ardıcıl olaraq öz ölkəsinin maraqlarını müdafiə edir.

“Etiraf etmək lazımdır ki, Trampın davranışının aşkar qanunsuzluğuna baxmayaraq, o, müəyyən ardıcıllığa malikdir. Tramp və komandası öz ölkələrinin milli maraqlarını çox əzmlə müdafiə edir”, - rusiyalı məmur vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Medvedev   Merts   oğurlamaq  



Xəbər lenti