Tramp üç ölkəyə xəbərdarlıq edib

   Tramp üç ölkəyə xəbərdarlıq edib
  05 Yanvar 2026    Oxunub:780
ABŞ prezidenti Donald Tramp Venesueladakı hərbi əməliyyatlar və onun lideri Nikolas Maduronun ələ keçirilməsi fonunda Kolumbiya üçün də oxşar ssenarini istisna etməyib.
AzVision.az xəbər verir ki, Amerika lideri prezident təyyarəsinin göyərtəsində jurnalistlərlə söhbətində belə deyib.

“Kolumbiya da çox xəstədir. Bi ölkəni kokain istehsal edib ABŞ-yə satmağı sevən xəstə adam idarə edir və o, uzun müddət bununla məşğul ola bilməz”, - Donald Tramp vurğulayıb.

Onun sözlərinə görə, ABŞ-nin məqsədi “ətrafda neftin sərbəst şəkildə çıxarıla biləcəyi həyat qabiliyyətli və uğurlu ölkələrə sahib olmaqdır”. Bu, ABŞ üçün yaxşıdır, çünki qiymətləri aşağı salır.

Trampdan bunun Kolumbiyaya qarşı əməliyyatın mümkünlüyünə zəmin yaradıb-yaratmayacağını o, “Pis səslənmir” cavabını verib.

Meksika haqqında danışan Tramp ölkədəki vəziyyəti yenidən narkotik ticarəti problemi ilə əlaqələndirərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə irəliləyiş olmadığı təqdirdə ABŞ-nin Meksika hakimiyyətinə təzyiqlərini artıra biləcəyinə eyham vurub.

Rodriqes ritorikasını dəişir | Trampa əməkdaşlıq təklif edir
Amerika lideri hökumət əleyhinə etirazların qızışdığı İrandakı vəziyyəti də şərh edib.

- Birləşmiş Ştatlar vəziyyəti diqqətlə izləyir və nümayişlər zorakılıqla yatırılacağı təqdirdə sərt cavab verməyə hazırdır. Əgər keçmişdə olduğu kimi insanları öldürməyə başlasalar, ABŞ-dən çox sərt zərbə alacaqlar”, - Ağ Evin rəhbəri xəbərdarlıq edib.

ABŞ-nin ittihamları fonunda Kolumbiya prezidenti Qustavo Petro Vaşinqtonun onun ölkəsinin daxili işlərinə qarışmaq cəhdləri təqdirində Boqotanın cavab verməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, yanvarın 3-də Venesuelaya zərbə endirən ABŞ ölkə prezidenti Nikolas Maduronu və onun həyat yoldaşı Siliya Floresi əsir götürərək mühakimə olunmaq üçün ABŞ-yə gətirib. Baş prokuror Pam Bondi Maduro və onun həyat yoldaşının “narkoterrorizm”, silah saxlama və narkotik qaçaqmalçılığı ilə bağlı ittihamlar əsasında ABŞ-də mühakimə olunacaqlarını açıqlayıb.

Maraqlıdır ki, əvəvlcə Vaşinqtonun hərəkətlərinə qarşı sərt reaksiya verən Venesuelanın vitse-prezidenti və hazırda prezident səlahiyyətlərini yerinə yetirən Delsi Rodriqesin Donald Trampa əməkdaşlıq təklif etdiyi bildirilir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:  



Xəbər lenti