Tramp: “Ukraynaya xərclənən pulları qaytaracağıq”

   Tramp:    “Ukraynaya xərclənən pulları qaytaracağıq”
  05 Yanvar 2026    Oxunub:1348
ABŞ Ukraynanın maliyyələşdirilməsinə xərclədiyi bütün pulları Ukrayna tərəfi ilə mineral ehtiyatlara dair razılaşma əsasında geri qaytara bilər.
AzVision.az bildirir ki, ABŞ prezidenti Donald Tramp sələfi Co Baydenin Ukraynaya yardım üçün “350 milyard dollar verdiyini” iddia edib.

“İndi mən bunun əhəmiyyətli bir hissəsini geri aldım, çünki biz nadir torpaqlarla bağlı müqavilə bağladıq. Biz bu pulun əhəmiyyətli bir hissəsini geri alacağıq. Bəlkə hamısını, bəlkə də daha çox”, - Donald Tramp öz təyyarəsinin göyərtəsində jurnalistlərlə söhbəti zamanı deyib.

ABŞ müharibədən sonra Kiyevə hesab təqdim edəcək
Xatırladaq ki, 2025-ci il aprelin 30-da Vaşinqtonıa Kiyev ABŞ-Ukrayna Bərpa İnvestisiya Fondunun yaradılması haqqında saziş imzalayıblar.

Müqavilə ABŞ-yə Ukraynanın təbii ehtiyatlarının, o cümlədən alüminium, berilyum, kobalt, mis, platin, uran, vanadium və digər faydalı qazıntıların iatismarı üçün yeni investisiya layihələrinə çıxış imkanı verir. Müqavilə neft və təbii qaz yataqlarını da əhatə edir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Ukrayna   vəsait  



Xəbər lenti