İsrail və Suriya arasında danışıqlar keçiriləcək
“İsrailli məmurun və vəziyyətlə tanış olan başqa bir mənbənin bildirdiyinə görə, Suriya və İsrailin yüksək səviyyəli nümayəndələri yeni təhlükəsizlik sazişi üzrə dialoqu bərpa etmək üçün bazar ertəsi Parisdə görüşəcəklər”, - xəbərdə deyilir.
Qarşıdan gələn raund sayca beşinci olsa da, ABŞ prezidenti Donald Trampın çağırışından sonra təxminən son iki ayda ilk dəfə danışıqlar bərpa edilir.
Nəşrin məlumatına görə, məsləhətləşmələrin iki gündə keçirilməsi planlaşdırılıb. Vasitəçi qismində ABŞ prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak olacaq, Suriya tərəfini isə Xarici İşlər naziri Əsəd Həsən əl-Şibani təmsil edəcək.
İsrail, öz növbəsində, yenilənmiş danışıqlar qrupunu göndərəcək - nümayəndə heyətinə ölkənin Vaşinqtondakı səfiri Yehiel Leyter, müşavir Roman Hoffman və milli təhlükəsizlik üzrə müşavir səlahiyyətlərini icra edən Gil Rayh daxildir.
- Bu danışıqların məqsədi Suriyanın cənubunun demilitarizasiyası və keçmiş prezident Bəşər Əsəd rejiminin süqutundan sonra İsrail qoşunlarının işğal etdikləri Suriya ərazilərindən çıxarılmasıdır”, - portal vurğulayır.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: İsrail Suriya danışıqlar







Vaxtında, Aydın, Lazımlı!


