“Shell” və “BP” Venesuelaya qayıtmağı planlaşdırır
Qəzet bildirir ki, ABŞ prezidenti Donald Trampın Venesuelanın neft-qaz sənayesinin bərpasına ilk növbədə Amerika şirkətlərini cəlb etmək istəyinin prioritet olmasına baxmayaraq, “Shell” şirkətinin də layihələrdə iştirakı da istisna deyil.
Bu baxımdan, Böyük Britaniyanın enerji konserninin böyük ehtimalla ABŞ şirkətləri ilə birgə müəssisələr formasında işləməli ola biləcəyinə diqqət çəkilir.
“Əsas qaliblər Amerikanın iri şirkətləri, xüsusən də artıq Venesuelada fəaliyyət göstərən “Chevron” şirkəti olacaq. Avropa şirkətləri ən şirəli sövdələşmələrdən kənarda qalacaqlar, lakin onlar daha sonra dəvət ediləcəklər. Çünki Amerika şirkətləri riskləri bölüşmək üçün birgə müəssisələr axtaracaqlar. İlk seçilənlər “Shell” və “BP” kimi şirkətlər olacaq”, - Böyük Britaniyanın “Panmure Liberum” investisiya bankının analitiki Eşli Kelti vurğulayıb.
“The Daily Telegraph” həmçinin yazır ki, “BP” də Venesuela bazarına qayıtmaqda maraqlı ola bilər. 2024-cü ildə şirkət “Manakin-Cocuina” qaz yatağının işlənməsi üçün lisenziya alsa da, Tramp administrasiyası həmin icazəni bu 2025-ci ilin aprel ayında ləğv edib. Ondan sonrakı müddət ərzində BP lisenziyanın bərpasına çalışır.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Shell BP Venesuaela







Vaxtında, Aydın, Lazımlı!


