Tokayev: "İlham Əliyev fiziki cəhətdən də güclüdür"

    Tokayev:    "İlham Əliyev fiziki cəhətdən də güclüdür"
  05 Yanvar 2026    Oxunub:1109
"Azərbaycan Prezidenti İlham Əliyev mütəmadi məşqlə məşğuldur".
Bu sözləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin "Türküstan" qəzetinə müsahibəsində dilə gətirib. O, Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrdən həmkarlarının idman maraqlarını sadalayıb, hər birini əla fiziki hazırlıqlarına görə tərifləyib:

"Bişkekdə keçirilən qeyri-rəsmi tədbirdə Rusiya Prezidenti Vladimir Putin yaşlı nəslin şərəfini qoruyaraq gənc cüdoçunu sınağa çəkdi. Azərbaycan Prezidenti İlham Əliyev də fiziki cəhətdən güclüdür; o, müntəzəm surətdə məşqlə məşğuldur. Qırğızıstan Prezidenti Sadır Japarov futbol oynayır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də yaxşı formadadır. Ermənistanın Baş naziri Nikolay Paşinyan velosipedçi, Belarus Prezidenti Aleksandr Lukaşenko isə xokkey ustasıdır. Tacikistan Prezidenti Emoməli Rəhmon təcrübəli dəniz döyüşçüsüdür. Bir sözlə, hər hansı həmkarımın səhhəti ilə əlaqədar şikayəti yoxdur, onlar əla vəziyyətdədirlər".

(Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müsahibə verərkən)

Kasım-Jomart Tokayev həmçinin diqqətə çatdırıb ki, özünün səhhəti də qaydasındadır. O, 9 kiloqram arıqladığını, qan təzyiqini nəzarətdə saxladığını, hər gün yoqa məşqləri həyata keçirdiyini, həftədə iki dəfə isə peşəkar oyunçu ilə stolüstü tennis oynadığını bildirib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Qazaxıstan   Azərbaycan   prezident   idman   məşq  



Xəbər lenti