Tramp: "Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək"

      Tramp:    "Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək"
  05 Yanvar 2026    Oxunub:789
"Venesuelada keçirdiyimiz hərbi əməliyyat Çin Prezidenti Si Cinpinlə münasibətlərimizə mənfi təsir göstərməyəcək".
Bu sözləri ABŞ Prezidenti Donald Tramp yerli mətbuata müsahibəsində dilə gətirib. O vurğulayıb ki, Vaşinqtonun Pekinlə yaxşı əlaqələri var.
Rubio ABŞ-nin Venesuela üzrə planlarını açıqladı: «Bu, müharibə yox, idarəetmədir»

Xatırladaq ki, yanvarın 3-də ABŞ Silahlı Qüvvələri Venesuelada xüsusi əməliyyat keçirib. Bu ölkəyə qarşı aviazərbələr fonunda Prezident Nikolas Maduro və həyat yoldaşı ələ keçirilərək ABŞ-yə aparılıb. O, əsasən narkoterrorizmdə təqsirləndirilir, bu gün ABŞ-də məhkəmə qarşısına çıxarılması gözlənilir.

ABŞ-nin əməliyyatı və Nikolas Maduronun həbsi dünyada birmənalı qarşılanmayıb. Bir çox ölkə, o cümlədən Çin də Donald Trampın əmri ilə atılan bu addımı kəskin pisləyib, Nikolas Maduro və həyat yoldaşının dərhal azadlığa buraxılması tələbini irəli sürüb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   Venesuela   Çin  



Xəbər lenti