Maduronun işi üzrə ilk dinləmə sabah keçiriləcək

Maduronun işi üzrə ilk dinləmə sabah keçiriləcək
  04 Yanvar 2026    Oxunub:972
ABŞ-nin rəsmi mənbələrinin məlumatına görə, Nikolas Maduronun işi ilə bağlı Manhetten Federal Məhkəməsində ilk dinləmənin bazar ertəsi keçirilməsi gözlənilir.
“The Guardian” qəzeti xəbər yayıb ki, ABŞ Ədliyyə Nazirliyinin bu yaxınlarda açıqladığı ittihamnaməsində Nikolas Maduro genişmiqyaslı narkotik qaçaqmalçılığı əməliyyatı ilə dəstəklənən “korrupsiyalaşmış, qanunsuz hökumətin” idarə edilməsində ittiham olunur, bunun nəticəsində ABŞ-a minlərlə ton kokain gətirilib.

Qeyd edək ki, Nikolas Maduro və onun həyat yoldaşı Siliya Floresi aparan təyyarə şənbə günü axşam Nyu-Yorka eniş edib. Maduro ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin ofisinə çatdırılıb və güman edilir ki, hazırda Nyu-York şəhərindəki istintaq təcridxanasında saxlanılır.

Bu arada, Nyu-Yorkdakı venesuelalı immiqrantlar Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin ələ keçirilməsini bayram edirlər.
Məhəmmədəli Həsənli
AzVision.az


Teqlər:



Xəbər lenti