ABŞ 2027-ci ilə qədər NATO-dan çıxa bilər – Reuters

   ABŞ 2027-ci ilə qədər NATO-dan çıxa bilər –    Reuters
  03 Yanvar 2026    Oxunub:1093
ABŞ Avropanın NATO çərçivəsində müdafiə yükünü artırmaması halında, 2027-ci ildən qismən çıxmağı nəzərdən keçirir.
AzVision.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, Vaşinqton Avropanın kəşfiyyatdan raket istehsalına qədər müdafiə imkanlarını öz üzərinə götürməsini tələb edir.

Agentlik bildirir ki, Avropanın resurs və istehsal gücü ABŞ-ı tam əvəz etməyə 2027-ci ilə qədər imkan vermir, lakin ABŞ artıq Avropadan müdafiə məsuliyyətini artırmağı tələb edib.

AzVision.az





Teqlər:



Xəbər lenti