Maduro və həyat yoldaşı Nyu-Yorkda məhkəmə qarşısına çıxarılacaqlar

 Maduro və həyat yoldaşı Nyu-Yorkda məhkəmə qarşısına çıxarılacaqlar
  03 Yanvar 2026    Oxunub:1127
Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Selia Flores Nyu-Yorkda məhkəmə qarşısına çıxarılacaqlar.
Bu barədə ABŞ baş prokuroru Pam Bondi "X" sosial şəbəkə hesabındakı paylaşımında yazıb. Bondi qeyd edib ki, "cütlük tezliklə məhkəmədə ABŞ-ın ədalətini və sərt üzünü görəcək".

Qeyd edək ki, Maduro və Flores narkoterrorizm, ABŞ-a kokain idxalı, eləcə də silah və dağıdıcı qurğuların saxlanmasında və bu silahların ABŞ-a qarşı istifadəsində ittiham olunurlar.


AzVision.az


Teqlər:



Xəbər lenti