BƏƏ Yəməndən hərbçilərini tamamilə çıxarıb

BƏƏ Yəməndən hərbçilərini tamamilə çıxarıb
  03 Yanvar 2026    Oxunub:1242
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) öz qoşunlarının Yəməndən çıxarılmasını başa çatdırıb.
AzVision.az xəbər verir ki, BƏƏ-nin Müdafiə nazirliyinin yaydığı məlumatda belə deyilir.

“BƏƏ-nin Müdafiə nazirliyi, şəxsi heyətin təhlükəsizliyini təmin etməklə və müvafiq tərəfdaşlarla razılaşdırılaraq elan olunmuş qərara uyğun şəkildə BƏƏ Silahlı qüvvələrinin bütün heyətinin Yəmən Respublikasından geri qaytarılmasının başa çatdığını elan edir”, - xəbərdə bildirilir.

Xatırladaq ki, Yəməndə vəziyyət dekabrın əvvəlində BƏƏ-nin dəstəklədiyi Cənub Keçid Şurasının (CKŞ) separatçılarının Yəmənin şərqindəki Hadramaut və Mahra əyalətlərinə nəzarəti ələ keçirməsindən sonra gərginləşib.

Yəməndə BƏƏ gəmiləri vurulub
CKŞ-nin sədri Aydarus əl-Zubaidi növbəti mərhələdə Yəmənin cənubunda gələcək dövlətin təsisatlarının yaradılmasını nəzərdə tutur. Dekabrın 27-də Yəmənin Prezident İdarəetmə Şurasının rəhbəri Rəşad Məhəmməd əl-Alimi Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyadan hərbi yardım istəyib.

Daha sonra BƏƏ ilə müştərək müdafiə sazişinin ləğvi barəd fərman imzalayan Rəşad Məhəmməd əl-Alimi Əmirlik qüvvələrinin 24 saat ərzində respublikadan çıxarılmasını tələb edib. Səudiyyə Ərəbistanının Xarici İşlər nazirliyi, öz növbəsində, BƏƏ-ni Yəmənin şərqindəki üsyanı dəstəkləməkdə ittiham edərək, bunu onun milli təhlükəsizliyinə təhdid adlandırıb.

Keçən il dekabrın 30-da BƏƏ-nin Müdafiə nazirliyi Yəməndə antiterror missiyaları həyata keçirən məhdud kontingentinin miqyasının azaldığını elan edərək, bu qərarı “öz təşəbbüsü ilə” verildiyini açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   BƏƏ   Yəmən   tərk  



Xəbər lenti