Ancelina Coli Rəfah keçid məntəqəsini ziyarət edib

Ancelina Coli Rəfah keçid məntəqəsini ziyarət edib
  02 Yanvar 2026    Oxunub:451
Ancelina Coli humanitar missiya çərçivəsində Misirlə Qəzza zolağı arasındakı Rəfah keçid məntəqəsini ziyarət edib.
AzVision.az xəbər verir ki, bu barədə "Al Arabia" məlumat yayıb.

Məlumata görə, aktrisa səfəri zamanı Şimali Sinay əyalətinin qubernatoru Xalid Muqavir ilə görüşüb və onunla birlikdə Misir Qırmızı Aypara Cəmiyyətinə məxsus, Qəzza sakinləri üçün nəzərdə tutulan humanitar yardım ehtiyatlarının saxlandığı anbarlara baxış keçirib.

Ancelina Coli həmçinin Qəzza zolağından təxliyə edilərək Misirin Əl-Ariş şəhərində müalicə alan yaralı fələstinliləri ziyarət edib.

Səfər çərçivəsində aktrisa beynəlxalq ictimaiyyəti Qəzza zolağına humanitar yardımın həcmini artırmağa çağırıb və Misirin fələstinlilərə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

AzVision.az



Teqlər:



Xəbər lenti