İlham Əliyev İsveçrə Prezidentinə başsağlığı verib

   İlham Əliyev İsveçrə Prezidentinə başsağlığı verib
  02 Yanvar 2026    Oxunub:1215
Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Qi Parmölənə başsağlığı məktubu ünvanlayıb.
AzVision.az məktubun mətnini diqqətə çatdırır:

"Kran-Montanada baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması barədə xəbər bizi olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İsveçrə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm".

AzVision.az


Teqlər: Prezident   İsveçrə   başsağlığı  



Xəbər lenti