İtaliyada bayram şənliyi faciə ilə sonlandı: 1 ölü, 200-dən çox yaralı

İtaliyada bayram şənliyi faciə ilə sonlandı:    1 ölü, 200-dən çox yaralı
  01 Yanvar 2026    Oxunub:1237
İtaliyada dekabrın 31-dən yanvarın 1-ə keçən gecə pirotexniki vasitələrin partlaması nəticəsində bir nəfər ölüb, 283 nəfər isə xəsarət alıb.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

2026-cı ildə ağır xəsarətlərlə 54 nəfər xəstəxanaya yerləşdirilib. Ölüm faktı Romada qeydə alınıb: 63 yaşlı kişi keyfiyyətsiz pirotexniki vasitənin partlaması nəticəsində həyatını itirib.

Yaralananlar arasında 68 azyaşlı var. Qurumun məlumatına görə, Neapol yaxınlığındakı Kazerta şəhərində Yeni il gecəsi 9 yaşlı uşaq əlindən güllə yarası alıb.

Nazirliyin məlumatına əsasən, xəsarət alanların sayı ötən illə müqayisədə bir qədər azalıb. Belə ki, ötən il 309 nəfər yaralanmışdı.
Aygün Xankişiyeva
AzVision.az



Teqlər: İtaliya   fişəng   pirotexnikivasitə  



Xəbər lenti