KİV: İsveçrədəki faciəyə pirotexnika səbəb ola bilər

      KİV:    İsveçrədəki faciəyə pirotexnika səbəb ola bilər
  01 Yanvar 2026    Oxunub:1175
İsveçrənin Vale kantonundakı məşhur Kran-Montana dağ-xizək kurortunda onlarla insanın həyatına son qoyan faciəyə pirotexnika vasitələrinin ehtiyatsız istifadəsi səbəb ola bilər.
İsveçrədə Trampı arzuolunmaz şəxs elan etməyə çağırıblar
AzVision.az xəbər verir ki, bu barədə Rhône FM radiostansiyası məlumat verib. Nəşr bildirib ki, bir neçə mənbəyə görə, partlayışa səbəb pirotexnika ilə ehtiyatsız davranma ola bilər.

Vale kantonunun polisi Kran-Montana kurortunda onlarla insanın həyatına son qoyan bar yanğınının qurbanları arasında əcnəbilərin də ola biləcəyini bəyan edib.

Qeyd edək ki, İsveçrənin Kran-Montana dağ-xizək kurortundakı barda baş verən partlayış nəticəsində təxminən 40 nəfər ölüb.


AzVision.az


Teqlər: İsveçrə   yanğın   Bar    



Xəbər lenti