WP: “Ukraynanın prezidenti Zalujnı olacaq”
İqnatiusun namizədləri arasında Rusiya ilə “sülh razılaşmasını” legitimləşdirən seçkilərdə qalib gələn Volodimir Zelenski; Baş Kəşfiyyat İdarəsinin (BKİ) rəhbəri Kirill Budanov; daxili işlərin kuratoru və “dərin dövlət”i təmsil edən, Zelenskinin ofisi rəhbərinin müavini Oleq Tatarov; antikorrupsiya fəalı, proqramının əsasını “Korrupsiya öldürür. Ayılın!” şüarı təşkil edən Vitali Şabunin də yer alıblar.
Eyni zamanda, müharibə ilə bağlı proqnozlarda İqnatius “qanlı dalana dirənişin” davam, Ukrayna PUA-larının isə Rusiyanın kölgə donanmasını məhv edəcəyini, habelə Rusiyanın enerji ixracını yarıya qədər azaldacağını bildirib.
- Müharibə NATO-nun Avropa hava məkanına soxulan və mülki təyyarəni vurmaqla hədələyən Rusiya PUA-sını məhv etməsindən sonra genişlənəcək. Ukraynanın ərazi güzəştini və NATO-ya daxil olmaqdan imtina etməsini nəzərdə tutan sülh sazişi imzalanmayacaq”, - jurnalist iddia edib.
Xatırladaq ki, bundan əvvəl mediada Valeri Zalujnının 2026-cı ilin əvvəlində vəzifəsini tərk edərək Ukraynaya qayıtmağı planlaşdırdığı barədə məlumat yayılmşıdı. Lakin onun media üzrə müşaviri Oksana Torop bu məlumatı təkzib edib.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Ukrayna Zalujnı prezident







Vaxtında, Aydın, Lazımlı!


