Ankara SDQ-yə növbəti dəfə xəbərdarlıq edib
“Mərkəzdənqaçma və federalizm tələblərini səsləndirməyə davam etdirən SDQ mərkəzi hakimiyyətə inteqrasiya olunması istiqamətində addım atmır. Daha əvvəl də vurğuladığımız kimi, SDQ-nin bu mövqeyi Suriyanın ərazi bütövlüyünə və sabitliyinə zərər vurur. Suriya hökuməti birlik və bütövlüyün təmin edilməsi üçün təşəbbüs göstərərsə, Türkiyə dəstək verəcək”- nazirliyin açıqlamasında vurğulanıb.
Bundan əlavə bildirilib ki, Suriya hökuməti ilə “bir dövlət, bir ordu” prinsipi əsasında yaxın əməkdaşlıq davam etdirilir, inteqrasiya prosesi isə yaxından izlənilir.
AzVision.az
Teqlər: Türkiyə SDQ xəbərdarlıq







Vaxtında, Aydın, Lazımlı!


