Yeni il bayramı ilə əlaqədar FHN-dən əhaliyə təkrar müraciət
Bu zaman kiçik ehtiyatsızlığın və ya diqqətsizliyin bayram ab-havasının pozulmasına, acı nəticələrə gətirib çıxara biləcəyinə diqqət çəkilir. Bunları nəzərə alaraq FHN bir daha əhaliyə müraciət edərək Yeni il bayramı ilə əlaqədar keçirilən mərasimlərdə yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.
Bildirilib ki, evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı, işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli, bunlar nəzarətsiz qoyulmamalıdır. Eyni zamanda ağac tezalışan oyuncaqla bəzədilməməli və pirotexniki vasitələrdən istifadə olunmamalıdır: “Bir daha xatırladırırıq ki, bayram şənliyinin təşkili üçün seçilən məkanlar müvafiq yanğın təhlükəsizliyi qaydalarının tələblərinə cavab verməlidir. Təhlükə zamanı 112-yə zəng edin!”.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


