Ölkədə küləkli hava hökm sürür

Ölkədə küləkli hava hökm sürür
  30 Dekabr 2025    Oxunub:1252
Dekabrın 30-u saat 15:00 üçün məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən məlumata əsasən, hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Göyçayda 21, Şəki, Qəbələ, Qobustan, Şahdağ, Neftçalada 20, Kürdəmirdə 19, Mingəçevir, Naftalan, Daşkəsən, Şamaxıda 18, Bakıda və Abşeron yarımadasında eləcə də Oğuz, Sabirabad, Kəlbəcərdə 17, İsmayıllı, Bərdə, Gədəbəy, Göygöldə 16, Zəngilanda 15 m/s-dək güclənir.

AzVision.az


Teqlər: hava   külək  



Xəbər lenti