Azərbaycanın neft məhsullarının Ermənistana tranziti müzakirə olunub
Tərəflər bölgədə ticarət və kommunikasiya məsələləri barədə müzakirə apararaq, bölgədə bu istiqamətdə səyləri alqışlayıblar. Azərbaycan neft məhsullarının Gürcüstan üzərindən Ermənistana ixracı ilə bağlı tarif məsələsində əldə olunmuş razılığı məmnuniyyətlə qeyd edən nazirlər, bu istiqamətdə işlərin davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar. Nazir Ceyhun Bayramov Gürcüstan rəhbərliyinin operativ qaydada məsələni həll etdiyinə görə qarşı tərəfə təşəkkürünü bildirib.
Bununla yanaşı, digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Nazirlər qarşıdan gələn Yeni il bayramı münasibətilə səmimi təbriklərini çatdırıb, iki ölkə arasında münasibətlərin yeni ildə daha da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


