Silah alveri edən cinayətkar dəstə ilə keçib
Dekabr ayının 23-də qrup üzvləri A. Abdullayev, Ş. Hüseynov və V. Həsənova növbəti dəfə odlu silah sursat satmaq istəyən zaman Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təqdim ediliblər. Onlardan ümumilikdə 2 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd “Makarov” tapançası, 6 ədəd patron darağı və 168 ədəd patron aşkarlanıb.
Tədbirin davamı olaraq həmin odlu silah-sursatları qanunsuz olaraq əldə edib-saxlayan və satmaq məqsədi ilə dəstə üzvlərinə təqdim edən qrupun digər üzvü C. Quliyev də Zəngilan rayonu ərazisində saxlanılaraq Bərdə RPŞ-yə gətirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. A. Abdullayev, Ş. Hüseynov, V. Həsənova və C. Quliyevə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qrup üzvlərinin digər cinayət əlaqələrinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


