Fərid Cəfərov: "Dövlətin tolerant din siyasəti Konstitusiya ilə müəyyənləşir"
"Bu müddəa dövlətin müxtəlif dinlərə qarşı siyasətinin mahiyyətini aydın göstərir. Ölkəmizin mədəni irsi daşınar və daşınmaz olmaqla iki hissəyə bölünür. Daşınmaz mədəni irsə aid abidələr sırasında dini xarakterli abidələr: məscidlər, kilsələr, sinaqoqlar, türbələr və başqa dini-memarlıq nümunələrinin xüsusi yeri var. Nazirlər Kabinetinin müvafiq qərarları əsasında dövlət tərəfindən qorunan abidələr siyahısına yüzlərlə dini mahiyyətli abidə salınıb. Bu abidələr həm qorunur, həm bərpa olunur, eyni zamanda, vətəndaşların istifadəsi və ziyarəti üçün əlçatan hala gətirilir".
Fərid Cəfərovun sözlərinə görə, qeyri-maddi mədəni irs müstəvisində isə dini ayinlər, mərasimlər, ənənələr və xalqın həyat tərzini özündə əks etdirən başqa nümunələr də dövlət tərəfindən xüsusi diqqətdə saxlanılır, həmçinin beynəlxalq səviyyədə təbliğ olunur:
"Bu məqam beynəlxalq təşkilatların sənədlərində də öz təsdiqini tapmaqdadır. UNESCO-nun qeyri-maddi mədəni irs siyahısında ölkəmizin 24 nümunə ilə təmsil olunması, bu göstəriciyə görə 193 ölkə arasında ön sıralarda yer alması mədəni irsimizin zənginliyinin bariz nümunəsidir".
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


