Son iki ildə himayədar ailələrə verilən uşaqların sayı 60-a çatıb
Onlardan 28-i 6 yaşadək, 26-sı 7-13 yaş arası, 6-sə isə 14-18 yaş arası uşaqlardır.
Uşaqlardan 31-i hazırda Bakı şəhərindəki, 29-u rayonlardakı ( Ağcabədidə 1, Biləsuvarda 1, Cəlilabadda 1, Gəncədə 3, Göyçayda 1, Göygöldə 3, Xaçmazda 2, Lənkəranda 4, Şamaxıda 1, Şəkidə 1, Şəmkirdə 4, Zaqatalada 1, Astarada 1, Zərdabda 1, Oğuzda 3, İmişlidə 1 ailə) himayədar ailələrdə yaşayırlar.
Xatırladaq ki, Azərbaycanda valideyn himayəsindən məhrum uşaqlar üçün yeni "Himayədar ailə modeli" 2023-cü ildən tətbiq olunmağa başlanılıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


