Kasparova qarşı qiyabi həbs hökmü çıxarılıb

Kasparova qarşı qiyabi həbs hökmü çıxarılıb
  23 Dekabr 2025    Oxunub:1047
Moskvanın Zamoskvoretski Rayon Məhkəməsi erməniəsilli keçmiş (1985-2000) şahmat çempionu Qarri Kasparovun adına qiyabi həbs hökmü verib.
Rusiya mətbuatının rəsmi mənbələrə istinadən yaydığı xəbərə görə, hökm müstəntiqin məhkəməyədək həbs qətimkan tədbiri seçilməsi barədə vəsatəti əsasında çıxarılıb. Şahmat ustasına Rusiya Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci hissəsi ilə (terrorizmi haqlı çıxarmaq) ittiham irəli sürülüb.

Xatırladaq ki, Qarri Kasparov Rusiyada "xarici agent" elan olunub, onun adı "terrorçular və ekstremistlər reyestri"nə salınıb. Cari ilin oktyabr ayının 14-də Rusiya Federal Təhlükəsizlik Xidməti terror təşkilatının yaradılması və hakimiyyətin zorla ələ keçirilməsi ilə əlaqədar cinayət işində Qarri Kasparovun da adını hallandırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   şahmatçı   ittiham   həbs  



Xəbər lenti