Yaponiyada universitetdə partlayış baş verib

Yaponiyada universitetdə partlayış baş verib
  23 Dekabr 2025    Oxunub:1015
Yaponiyanın mərkəzində yerləşən Naqoya Universitetində kimyəvi maddə səbəbi ilə partlayış meydana gəlib.
Bu barədə ölkənin "Kyodo News" xəbər agentliyi rəsmi mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, hadisə yerli saatla 11:45 radələrində baş verib. Hadisə yerinə çağırılan polis və yanğınsöndürmə qüvvələrinin ilkin təhqiqatına əsasən, universitetin Hiqaşiyama korpusunda təmizlik əsnasında hansısa kimyəvi maddə partlayışla nəticələnib. Ümumilikdə 3 tələbənin xəsarət aldığı bildirilib.

Yerli yanğınsöndürmə idarəsinin məlumatına görə, sözügedən korpusun dördüncü mərtəbəsində yerləşən laboratoriyada tetraxlorsilan şüşəsi partlayıb. Beləliklə, partlayışla yanaşı ətrafa zəhərli qazın dolduğu, bu səbəbdən laboratoriya və korpusun boşaldıldığı diqqətə çatdırılıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Yaponiya   universitet   partlayış  



Xəbər lenti