Mənşə sertifikatları ilə bağlı yenilik I VİDEO
Məlumata görə, bununla əlaqədar, avqust ayından Bakıda və regionlarda ixracla məşğul olan 300-dən çox sahibkarlıq subyekti ilə "Mənşə sertifikatı" alt modulundan istifadəyə dair maarifləndirici görüşlər keçirilib. Nəticədə, ümumi təqdim olunan mənşə sertifikatlarının 83 %-i Keyfiyyət informasiya sistemi üzərindən təmin edilib.
Sahibkarların Keyfiyyət informasiya sistemindən istifadə bacarığının artırılması üçün "Mənşə sertifikatı" alt moduluna dair videotəlimat Dövlət Agentliyinin rəsmi "Youtube" kanalında yerləşdirilib. Həmçinin "e-keyfiyyet.gov.az" informasiya sisteminin "Elektron xidmətlər" bölməsinin (https://e-keyfiyyet.gov.az/e-services) "Mənşə sertifikatlarının alınması üçün müraciət" alt bölməsi vasitəsilə də videotəlimatla tanış olmaq mümkündür.
Hazırda mənşə sertifikatlarının əldə olunması üçün müraciətlər həm Keyfiyyət informasiya sistemi (E-keyfiyyet.gov.az), həm də İqtisadiyyat Nazirliyinin internet səhifəsi (economy.gov.az) vasitəsilə hibrid formada həyata keçirilir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


