Fransa İnkişaf Agentliyinin İrəvanda ofisi açılıb

   Fransa İnkişaf Agentliyinin İrəvanda ofisi açılıb
  22 Dekabr 2025    Oxunub:1104
Ermənistanın paytaxtı İrəvan şəhərində Fransa İnkişaf Agentliyinin (AFD) ofisi fəaliyyətə başlayıb.
Bu barədə Ermənistan mətbuatı rəsmi mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, açılış mərasimi Fransa səfiri Olivye Dekotini, AFD -nin regional direktoru Matye Vassör və Ermənistanın hökumət nümayəndələrinin iştirakı ilə baş tutub. Maliyyə nazirinin müavini Edqar Mkrtçyan diqqətə çatdırıb ki, Ermənistan-Fransa dostluğu fonunda belə bir hadisə Parisin İrəvana qarşı etimadının aydın nümunəsidir. O, dövlət maliyyə islahatlarının, investisiya planlaşdırmasının və iqlim dəyişikliyi ilə mübarizə təşəbbüslərinin dəstəklənməsində iştirakına görə AFD-yə öz minnətdarlığını bildirib.

AFD 2013-cü ildən bəri Ermənistana 555 milyon avro kredit və təqribən 30 milyon avro yardım ayırıb. Yardımın 23,5 milyon avrosu Avropa İttifaqı (Aİ) tərəfindən verilib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Fransa   Ermənistan   AFD   ofis  



Xəbər lenti