Makron “dipfeyk”in qurbanı olub

   Makron “dipfeyk”in qurbanı olub
  21 Dekabr 2025    Oxunub:1841
Sosial medianın Fransa seqmentində yayılan dipfeyk video o qədər inandırıcı olub ki, həm ölkənin daxilində, həm də xaricdə çoxlarını çaşdıra bilib. Videoda prezident Emmanuel Makronun hərbi çevriliş nəticəsində devrildiyi xəbər verilirdi.
“İslam” ləqəbli istifadəçi tərəfindən sosial şəbəkəyə yüklənən videoya bir neçə gündə 13 milyon dəfə baxılıb.

Mövcud olmayan “Live 24” kanalının təcili xəbəri şəklində hazıranan video o dərəcədə təfərrüatlı inandırıcı görünüb ki, hətta Afrika liderlərindən biri Makrona zəng vuraraq, nəyin baş verdiyini soruşub.

Hadisəyə münasibət bildirən prezident Makron "La Provence" qəzetinə açıqlamasında videonu bir neçə gün ərzində bloklamadığına görə “Meta” şirkətini kəskin tənqid edib.

Qeyd edək ki, “Meta” şirkəti bu ilin yanvarında Donald Trampın tənqidlərindən sonra “fact-checking” xidmətlərini dayandırıb.

Tariyel Həsənov
AzVision.az


Teqlər: Fransa  



Xəbər lenti