Sumqayıtın dənizkənarı obyektlərində reyd keçirilib

Sumqayıtın dənizkənarı obyektlərində reyd keçirilib
  20 Dekabr 2025    Oxunub:1578
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları daxil olan müraciətlər əsasında Sumqayıt şəhərinin Sahil küçəsində bir sıra ictimai iaşə obyektlərində reyd keçirib.
AzVision.az Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsinin məlumatına istinadən xəbər verir ki, reyd zamanı “Nicat” restoranı və “Balıqçı” kafesində “dəvə qutabı” adı ilə istehlakçılara təqdim edilən qutabların tərkibindəki ətlərin mənşəyi və təhlükəsizliyi barədə sənədlərinin mövcud olmadığı aşkarlanıb.


Bununla da “Qida təhlükəsizliyi haqqında” və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunlarının tələblərinin pozulduğu müəyyən edilib.
Faktla bağlı qanunvericiliklə müəyyən olunmuş zəruri tədbirlərin görülməsi üçün sahibkarlara müvafiq göstərişlər verilib.


Reyd zamanı “Rest Time”, “Diana”, “Santo Mare”, “Sun Set”, “Duyğu”, “Yaxta”, “Gəmi” restoranlarının menyularında “dəvə qutabı” qeyd olunsa da, sahibkarları uzun müddətdir ki, həmin xidmətin dayandırıldığını bildiriblər.


Nəzarət tədbirləri davam etdirilir.


AzVision.az



Teqlər: AQTA   Sumqayıt   reydlər  



Xəbər lenti