Honq-Konqdakı yanğında ölənlərin sayı 161-ə çatıb

Honq-Konqdakı yanğında ölənlərin sayı 161-ə çatıb
  20 Dekabr 2025    Oxunub:1612
Honq-Konqda “Vanq Fuk Kort” yaşayış binasında baş verən yanğın nəticəsində ölənlərin sayı 161 nəfərə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə “South China Morning Post” qəzetinin məlumatına görə, Honq-Konqun Tay Po rayonunda baş vermiş yanğınla bağlı daha bir nəfərin öldüyü təsdiqlənib və bununla da həlak olanların ümumi sayı 161-ə yüksəlib.

Xəbərdə bildirilir ki, məlumatlar məhkəmə-tibbi ekspertiza zamanı yeni bir şəxsə aid DNT nümunəsinin aşkarlanması nəticəsində yenilənib.

Daha əvvəl Honq-Konqda yaşayış kompleksində baş verən yanğın nəticəsində dəyən maddi zərərin 642 milyon ABŞ dollarından çox qiymətləndirildiyi barədə məlumat verilmişdi.

Xatırladaq ki, Honq-Konqda son 17 ilin ən dəhşətli yanğını noyabrın 26-da baş verib və “Vanq Fuk Kort” yaşayış kompleksinin hündürmərtəbəli binalarını bürüyüb. Alov kompleksin abadlaşdırılması proqramı çərçivəsində binaların ətrafında quraşdırılmış bambuk iskelelərdən başlayıb və yayılıb.


AzVision.az


Teqlər: Honq-Konq   yanğın  



Xəbər lenti