Tasmaqambetov: “Ermənistan KTMT-nin müttəfiqidir”
“Biz ümid edirik ki, Ermənistan yaxın gələcəkdə KTMT-də tam iştiraka qayıdacaq. Bunun üçün bütün şərait və ilkin şərtlər mövcuddur: biz hesab edirik ki, Ermənistan xalqı Avrasiyada ümumi təhlükəsizlik məkanının yaradılmasında maraqlıdır. Üstəlik, noyabrda Ermənistanın Xarici İşlər nazirliyi respublikanın KTMT-dən çıxması məsələsinin müzakirə olunmadığı barədə bəyanat verib”, - qurumun baş katibi vurğulayıb.
O xatırladıb ki, Ermənistan təşkilatdakı işini dayandırıb və bu, Ermənistanın siyasi rəhbərliyinin KTMT ilə bağlı hazırkı mövqeyini əks etdirir.
- Bu, müstəqil və suveren bir dövlətin qərarıdır, heç bir başqa dövlət və ya təşkilat ona təsir edə bilməz”, - Tasmaqambetov bildirib.
Bundan əvvəl Ermənistan Xarici İşlər nazirinin müavini Mnatsakan Səfəryan hazırda KTMT-dən çıxmaq məsələsinin İrəvanın gündəmində olmadığını açıqlamışdı.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Ermənistan KTMT müttəfiq







Vaxtında, Aydın, Lazımlı!


