Bakı-Ağstafa istiqamətində əlavə qatarlar təyin olunub

Bakı-Ağstafa istiqamətində əlavə qatarlar təyin olunub
  19 Dekabr 2025    Oxunub:1262
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 26, 27, 28 və 29 dekabr tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edib.
ADY-dən AzVision.az -a verilən məlumata əsasən, qatar Bakıdan Ağstafaya saat 08:30-da, Ağstafadan Bakıya isə saat 17:12-də yola düşəcək. Eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər etmək olar.

Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və yaxud "ADY Mobile" tətbiqindən əldə etmək mümkündür.

AzVision.az


Teqlər: ADY  



Xəbər lenti