ABŞ-da təyyarə qəzaya uğrayıb

ABŞ-da təyyarə qəzaya uğrayıb
  18 Dekabr 2025    Oxunub:444
ABŞ-nin Şimali Karolina ştatının Steytsvill regional hava limanında eniş etməyə cəhd göstərən "Cessna C550" tipli biznes təyyarəsi qəzaya uğrayıb.
AzVision.az xəbər verir ki, bu barədə "ABC News" telekanalı məlumat yayıb.

ABŞ Federal Mülki Aviasiya İdarəsi xəbəri təsdiqləyib, lakin əlavə məlumat verməyib.

Təyyarə yerə çırpıldıqdan sonra partlayıb, hazırda hadisə yerində yanğınsöndürənlər də daxil olmaqla təcili yardım xidməti əməkdaşları çalışırlar.

Ölən və ya xəsarət alanlar barədə məlumat yoxdur.

AzVision.az



Teqlər:



Xəbər lenti