Avrasiya İnkişaf Bankı Ermənistana investisiyanı artırır
"O dövrdə əvvəlki təcrübə nəzərə alınanda sözügedən məbləğ çox böyük görünürdü. Hazırda isə hədəfimizi ötmüş, Ermənistana artıq 380 milyon dollar sərmayə qoymuşuq. Bu, strategiyamız üzrə gözləniləndən xeyli çoxdur. Beləliklə, məqsədimiz sərmayə həcmini 2026-cı ilin sonunadək yarım milyard dollara çatdırmaqdır. Bu, tamamilə mümkün nəticədir".
Yaroslav Mandron vurğulayıb ki, AİB Ermənistanda əsasən üç sahəyə: Zəngəzur Mis və Molibden Zavodu ilə genişmiqyaslı proqrama, şirkətlərin rəqəmsallaşdırılma və optimallaşdırılması layihələrinə, kiçik və orta sahibkarlığa dəstəyə diqqət yetirir. Sədr müavinin məlumatına görə, İrəvan bankın ayırdığı vəsaitin 99%-ni iqtisadiyyatın real sektoruna yönəldir.
Firudin Həmidli
AzVision.az
Teqlər: AİB Ermənistan investisiya







Vaxtında, Aydın, Lazımlı!


