Türkiyə Rusiyadan aldığı S-400-ləri geri qaytarmaq istəyir

Türkiyə Rusiyadan aldığı S-400-ləri geri qaytarmaq istəyir
  17 Dekabr 2025    Oxunub:354
Ankara Vaşinqtonla münasibətləri normallaşdırmaq üçün yeni addım ata bilər.
AzVision.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Türkiyə Rusiyadan aldığı S-400 zenit-raket komplekslərini geri qaytarmaq niyyətindədir. Bildirilir ki, ABŞ Ankaradan Rusiya istehsalı hərbi texnikadan imtina etməyi tələb edir.

Məlumata əsasən, Vaşinqton bunun əvəzində Türkiyəyə qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılacağını və ölkənin yenidən ABŞ istehsalı olan F-35 qırıcılarına çıxış əldə edəcəyini vəd edir.

Qeyd olunur ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan S-400 məsələsini dekabrın 13-də Aşqabadda Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı da qaldırıb.

AzVision.az



Teqlər:



Xəbər lenti