“İqtisadi tənəzzül davam edərsə, əlbəttə ki, bizim üçün də reallıq tamamilə dəyişir. Çünki bizim bəyan tdiyimiz məqsədimiz, o cümlədən konstitusiyaya görə vəzifəmiz Aİ-yə üzv olmaqdır”, - Gürcüstanın baş naziri vurğulayıb.
|
| Kobaxidze: “Azərbaycan bizim xüsusi dostumuzdur” |
Xatırladaq ki, 2024-cü ilin noyabrında Gürcüstan hökuməti Brüsseli ölkənin daxili işlərinə qarışmaqda ittiham edərək, Avropaya inteqrasiya prosesini dayandırıb. Genişlənmə üzrə Avropa komissarı Marta Kos bundan əvvəl Gürcüstanın “heç bir ölkədə olmadığı qədər Avrointeqrasiya yolunda geriləmə” yaşadığını iddia edib.
Yeri gəlmişkən, İrakli Kobaxidze televiziyada çıxışı zamanı Azərbaycanla Gürcüstan arasında xüsusi dostluq münasibətlərinin olduğunu vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


