Berlin müharibəyə hazırlaşır

   Berlin müharibəyə hazırlaşır
  17 Dekabr 2025    Oxunub:1150
"Almaniya hökuməti 2025-2030-cu illər aralığında ölkənin müdafiə qabiliyyətini artırmaq məqsədilə ümumilikdə 650 milyard avro ayırmağı planlaşdırır. Bu məbləğ əvvəlki beş ildə xərclənən vəsaitin iki qatıdır".
Britaniyanın "The Financial Times" qəzeti öz mənbələrinə istinadən yazır ki, ilkin mərhələdə bu gün Bundestaqda (parlament) 50 milyard avro dəyərində rekord hərbi satınalma paketinin təsdiqlənməsi gözlənilir:

"Paketə hərbçilər üçün geyim və qoruyucu avadanlıqlar (21 milyard), "Puma" piyada döyüş maşınları (4 milyard), NATO-nun şərq cinahında Avropanın kəşfiyyat imkanlarını artırmaq məqsədilə hazırlanan peyk sistemləri (2 milyard) daxildir".

Qəzetin gəldiyi qənaətə görə, Almaniyanın öz hərbi xərclərini belə bir səviyyədə artırması bütün başqa səbəblərdən əlavə Rusiyanın 2029-cu ilədək NATO-ya hücum ehtimalı ilə əlaqədar narahatlığa əsaslanır.

Paytaxt Berlin şəhərində fəaliyyət göstərən "Edina" analitik mərkəzinin direktoru Kristian Mellinqin sözlərinə görə, hazırda Almaniyanın prioriteti mənz 2029-cu ilədək bütün ləvazimata yiyələnib hazırlaşmaqdır:

"Tədbirlər çərçivəsində "Bundesver" (Almaniya Silahlı Qüvvələri – red.) 1 milyard avro dəyərində 12 min ədəd silahlı pilotsuz uçuş aparatı (PUA) almağı planlaşdırır. Məlumata görə, bu satınalma prosesi gələn ilin ilin əvvəlində başlayacaq".

Xatırladaq ki, dekabrın 11-də NATO-nun Baş katibi Mark Rutte dünyanı "babalarımızın üzləşdiyi böyük müharibə"yə hazırlaşmağa çağırıb. O vurğulayıb ki, Rusiya yaxın illərdə NATO-ya qarşı hücuma keçəcək. Kremlin mətbuat katibi Dmitri Peskov belə bir iddianı "məsuliyyətsizlik" adlandırıb: "Prezident Vladimir Putin dəfələrlə söyləyib ki, Rusiyanın NATO-ya hücum planı yoxdur".

Firudin Həmidli
AzVision.az


Teqlər: Almaniya   Rusiya   müharibə  



Xəbər lenti