Bloomberg: “ABŞ Rusiyaya qarşı yeni zərbə hazırlayır”

      Bloomberg:    “ABŞ Rusiyaya qarşı yeni zərbə hazırlayır”
  17 Dekabr 2025    Oxunub:1088
Kreml Ukrayna ilə sülh razılaşmasını rədd edəcəyi təqdirdə, Moskvaya təzyiqi artırmaq üçün ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaların yeni mərhələsini hazırlayır.
AzVision.az xəbər verir ki, vəziyyətdən hali olan mənbələrə istinad edən “Bloomberg” agentliyinin məlumatına görə, ABŞ müxtəlif varinatları nəzərdən keçirir.

“Vaşinqton artıq bu həftə yeni tədbirləri açıqlaya bilər. ABŞ-nin Maliyyə naziri Skott Bessent bu həftənin əvvəlində bir qrup avroplı səfirlərlə görüş zamanı bu planları müzakirə edib”, - agentlik yazır.

Bununla belə, mənbələr sözügedən məsələ ilə bağlı yekun qərarın ABŞ prezidenti Donald Trampın səlahiyyətində olduğunu vurğulayıblar.

Mümkün tədbirlər ABŞ, Ukrayna və Rusiya nümayəndələri arasında danışıqlar fonunda müzakirə olunur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Rusiya   zərbə  



Xəbər lenti