“Şahdəniz” yatağından hasil olunan qaz və kondensatın həcmi açıqlanıb

“Şahdəniz” yatağından hasil olunan qaz və kondensatın həcmi açıqlanıb
  15 Dekabr 2025    Oxunub:325
“Şahdəniz” qaz-kondensat yatağından hasilata başlanılmasından indiyədək burada 263,2 mlrd.kubmetr qaz hasil edilib.
Energetika Nazirliyindən verilən məlumata görə, hesabat dövründə yataqdan 52,3 mln. ton kondensat hasil edilib.

““Şahdəniz” qaz-kondensat yatağından hasilata başlanılmasından 19 il ötür. “Şahdəniz” Mərhələ 1”in uğurla fəaliyyətə başlaması Azərbaycan qazının dünya bazarlarına çıxışında yeni qapılar açaraq ölkəmizin enerji təhlükəsizliyni möhkəmləndirib, iqtisadi inkişafı yeni mərhələyə yüksəldib”, - məlumatda qeyd olunur.

AzVision.az



Teqlər:



Xəbər lenti