Firudin Qurbanov: "Təhsilin məqsədi mənəvi dəyərləri aşılamaqdır"

    Firudin Qurbanov:    "Təhsilin məqsədi mənəvi dəyərləri aşılamaqdır"
  15 Dekabr 2025    Oxunub:978
"Dünyanı anlamaq üçün üç yol mövcuddur: incəsənət, elm və din".
AzVision.az xəbər verir ki, bu sözləri elm və təhsil nazirinin müavini Firudin Qurbanov Bakıda Elm və Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə keçirilən "Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər" mövzusunda konfransda deyib. O bildirib ki, müasir dövrdə müxtəlif mənbələrdən dinlə əlaqədar fərqli-fərqli məlumatlar yayılır:

"Bu, əksər hallarda xurafata, ekstremizmə gətirib çıxarır. Gənclərin bu məlumatlardan düzgün faydalanması çətindir. Bu baxımdan təhsilin rolu əhəmiyyətlidir. Həm orta, həm ali təhsil səviyyəsində dini biliklərə yer verilir. Təhsilin məqsədi daha çox mənəvi dəyərləri aşılamaqdır".

AzVision.az


Teqlər: DQİDK   konfrans  



Xəbər lenti