Adil Kərimli BMT-nin UNAOC Qlobal Forumunda iştirak edir

   Adil Kərimli BMT-nin UNAOC Qlobal Forumunda iştirak edir
  13 Dekabr 2025    Oxunub:1097
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC) tərəfindən təşkil olunan 11-ci Qlobal Forumda iştirak etmək məqsədilə Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyadda səfərdədir.
14–15 dekabr 2025-ci il tarixlərində keçirilən Forum mədəniyyətlər və sivilizasiyalararası dialoqun təşviqi, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi və davamlı sülhün dəstəklənməsi məsələlərinə həsr olunub. 14–15 dekabr 2025-ci il tarixlərində keçirilən Forum mədəniyyətlər və sivilizasiyalararası dialoqun təşviqi, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi və davamlı sülhün dəstəklənməsi məsələlərinə həsr olunub. Tədbirdə müxtəlif ölkələrdən dövlət və hökumət qurumlarının, habelə beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Forum çərçivəsində mədəni diplomatiya və multikulturalizm mövzuları üzrə müzakirələr aparılır. Nazir Adil Kərimlinin bir sıra ikitərəfli görüşlər keçirməsi və Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində həyata keçirdiyi təşəbbüslər barədə qarşı tərəfləri məlumatlandırması nəzərdə tutulur.Tədbirdə müxtəlif ölkələrdən dövlət və hökumət qurumlarının, habelə beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Forum çərçivəsində mədəni diplomatiya və multikulturalizm mövzuları üzrə müzakirələr aparılır. Nazir Adil Kərimlinin bir sıra ikitərəfli görüşlər keçirməsi və Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində həyata keçirdiyi təşəbbüslər barədə qarşı tərəfləri məlumatlandırması nəzərdə tutulur.

AzVision.az



Teqlər:



Xəbər lenti