Xəzər Tibb Mərkəzində Travma Mərkəzi yaradılacaq

Xəzər Tibb Mərkəzində Travma Mərkəzi yaradılacaq
  11 Dekabr 2025    Oxunub:870
"İlk növbədə pasiyent məmnunluğunun artırılması prioritet hədəfimizdir. Bu məqsədlə Xəzər Tibb Mərkəzində yeni dializ xidmətinin təşkili, həmçinin Travma Mərkəzinin qurulması üçün işlərə başlamışıq".
Bu sözləri TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Xəzər Tibb Mərkəzində təşkil olunan mediaturda Mərkəzin direktoru Mübariz Ağayev söyləyib. O bildirib ki, sözügedən xidmətlər qısa müddətdə tam hazır vəziyyətə gətirilib vətəndaşların ixtiyarına veriləcək:

"Bütün bunlarla yanaşı Xəzər Tibb Mərkəzində KT və MRT müayinələrinin, endoprotezləşmə və LOR əməliyyatlarının, laparoskopik cərrahiyyə, fakoemulsifikasiya (FAKO) xidmətlərinin istifadəyə verilməsi, habelə Reanimasiya şöbəsində çarpayı fondunun artırılması bizim əsas hədəflərimiz sırasındadır".

AzVision.az


Teqlər: mediatur  



Xəbər lenti