ABŞ və İsrail BCM-ə qarşı birgə addımları müzakirə edib

   ABŞ və İsrail BCM-ə qarşı birgə addımları müzakirə edib
  11 Dekabr 2025    Oxunub:768
İsrailin Xarici İşlər naziri Gideon Saar Vaşinqtonda ABŞ-nin Dövlət katibi Marko Rubio ilə görüşündə Yaxın Şərqdəki vəziyyəti və Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) hərəkətlərinə qarşı yönəlmiş tədbirləri müzakirə etdiyini bildirib.
AzVision.az xəbər verir ki, Gideon Saar bununla bağlı özünün “X” şəbəkəsindəki səhifəsində paylaşım edib.

“Yaxın Şərqdə, Latın Amerikasında, Afrikada və ondan kənarda ortaq imkanlarımız və çətinliklərimiz haqqında səmərəli müzakirələr apardıq. Mən həmçinin Tramp administrasiyasının Beynəlxalq Cinayət Məhkəməsi (BCM) adlanan məhkəməyə qarşı addımlarını alqışladım”, - İsrail XİN-in rəhbəri yazıb.

Saarın sözlərinə görə, həmsöhbətinə İsrailin Boliviya ilə əlaqələrin bərpasının Təl-Əvivin Latın Amerikası ölkələri ilə əlaqələrinin gücləndirilməsinin mühüm prosesinin bir hissəsi olduğunu deyib.

Xatırladaq ki, bundan əvvəl İsrail və Boliviya Qəzza zolağında baş verən hadisələrdən sonra kəsilən diplomatik münasibətləri bərpa etmək üçün Vaşinqtonda razılığa gəliblər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   İsrail   BCM  



Xəbər lenti