Rusiyanın kimya zavodu vurulub

Rusiyanın kimya zavodu vurulub
  11 Dekabr 2025    Oxunub:959
Dekabrın 11-nə keçən gecə Ukraynaya məxsus pilotsuz təyyarələr Rusiyanın Velikiy Novqorod şəhərinə hücum edib.
AzVision.az Rusiyanın “Astra” portalına istinadən xəbər verir ki, ilkin məlumatlara görə, şəhərdə yerləşən kimya zavoduna ziyan dəyib, onun ərazisində yanğın başlayıb. Sakinlər gecə ərzində partlayış səsləri və pilotsuz təyyarələrin uçuşlarını eşitdiklərini bildirdilər.

Sosial şəbəkələrdə yayılan videolarda sənaye obyektindən çıxan güclü yanğın və parıltı əks olunub. Böyük ühtimalla, “Akron” kimya zavodunun hücumun hədəfi olduğu deyilir.

Novqorod vilayətinin qubernatoru Aleksandr Dronov hava hücumundan müdafiə qüvvələrinin (HHM) bölgədəki əməliyyatını açıqlayaraq saat dörd radələrində Ukrayna PUA-larının hücum etdiklərini təsdiqləyib.

“Akron” ASC Rusiyanın ən böyük mineral gübrə istehsalçılarından biri olan “Acron Group” şirkətinin flaqman müəssisəsidir. Zavod Rusiya iqtisadiyyatı üçün strateji əhəmiyyət kəsb edir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   Rusiya   zavod  



Xəbər lenti