Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA)
AzVision.az -a verilən məlumata əsasən, indiyədək Heydər Hüseynov küçəsindən metronun "20 Yanvar" stansiyası istiqamətində hərəkət olmadığından sürücülər bu küçədən gəlib sağa dönərək Məmmədşərif Həmidov küçəsini keçdikdən sonra geriyə dönmək məcburiyyətində qalırdılar. Sözügedən trayektoriya uzun məsafə qət edilməsinə və əlavə vaxt itkisinə səbəb olurdu. Eyni zamanda. ərazidə piyada keçidi olmadığından piyadaların təhlükəsizliyi təmin olunmurdu.
Yeni layihəyə əsasən, sözügedən kəsişməyə işıqfor obyektləri quraşdırılır, Heydər Hüseynov küçəsindən metronun "20 Yanvar" stansiyası istiqamətində hərəkət təmin edilir.
AzVision.az