Bəzi tütün məmulatlarının aksiz dərəcələri dəyişdirilir

   Bəzi tütün məmulatlarının aksiz dərəcələri dəyişdirilir
  09 Dekabr 2025    Oxunub:1127
Bəzi tütün məmulatlarının aksiz dərəcələrinin dəyişdirilməsi təklif olunub
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov deyib. Onun sözlərinə görə, birincisi, alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş, tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsullardır:

"Bu məhsullar üzrə aksizin 1 000 ədədə görə yerli istehsal və idxalda 16 manatdan 25,5 manata qaldırılması təklif olunur. İkincisi, istehsal məqsədli tütünlər istisna olmaqla, digər çəkməli tütünlər, homogenləşdirilmiş və ya bərpa edilmiş, çeynənilən və ya buruna çəkilən tütünlərdir. Bu məhsullar üzrə aksizin hər kiloqrama görə yerli istehsalda 22 manatdan 162 manata, idxalda isə 30 manatdan 170 manata qaldırılması təklif olunur".

AzVision.az


Teqlər:



Xəbər lenti