Əraqçi Bakıda: "Əlaqələrimizə zərbə vurulmasına icazə verməməliyik"

     Əraqçi Bakıda:    "Əlaqələrimizə zərbə vurulmasına icazə verməməliyik"
  08 Dekabr 2025    Oxunub:1313
“Biz Azərbaycanla bütün sahələrdə əlaqələri gücləndirmək və daha da irəli aparmaq istəyirik. Heç bir tərəf bizim əlaqələrimizə zərbə vurulmasına icazə verməməlidir”.
AzVision.az xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Seyid Abbas Əraqçi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirilən brifinqdə deyib. Nazir Prezident İlham Əliyevi Tehranda qarşılamağa hazır olduqlarını söyləyib.

“Biz Azərbaycan–İran əlaqələrini daha da inkişaf etdirmək istəyirik, Şimal–Cənub və digər nəqliyyat dəhlizlərini gücləndirməyi planlaşdırırıq. Bundan əlavə, enerji sahəsində mövcud əməkdaşlığımızı davam etdirmək niyyətindəyik. Eyni zamanda İran Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləyir”, - deyə o əlavə edib.



Teqlər: İran  



Xəbər lenti