Əraqçi: “İranın uranı zənginləşdirmək hüquq var”
Onun sözlərinə görə, əsas maneə ABŞ-nin Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NSYM) uyğun olaraq İranın dinc nüvə texnologiyası, o cümlədən uranın zənginləşdirilməsi hüququnu tanımaq istəməməsidir.
“JCPOA (Birgə Kompleks Fəaliyyət Planı - red. ) çərçivəsində biz uranın əbədi deyil, yalnız 15 il müddətində 3,67%-ə qədər zənginləşdirilməsinə razılaşdıq. Əbədi şəkildə qəbul etməyə hazır olduğumuz yeganə məqam İranın heç vaxt nüvə silahı yaratmayacağına dair öhdəliyidir”, - Əraqçi vurğulayıb.
Siyasətçi Tehranın sülhməramlı nüvə proqramını davam etdirməkdə qərarlı olduğunu bildirib. Bununla belə, nüvə texnologiyasının dinc məqsədlərlə istifadəsini təminatı naminə İran etimad yaratmaq üçün müvəqqəti məhdudiyyətləri qəbul edə bilər. Lakin bu məhdudiyyətlər əbədi deyil, yalnız müəyyən müddət üçün olacaq.
- Çünki biz gələcək nəsillər üçün qərar qəbul edə bilmərik. İranın zənginləşdirmə də daxil olmaqla nüvə texnologiyasından dinc məqsədlərlə istifadə etmək hüququnu tanıyan sistem məqbuldur və biz buna inam yaratmağa hazırıq. Biz hətta NSYM-in çərçivəsindən kənar monitorinq mexanizmləri ilə razılaşa bilərik”, - İran diplomatiyasının rəhbəri bildirib.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: İran nüvə zənginləşdirmə







Vaxtında, Aydın, Lazımlı!


